A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) və KPMG Deal Advisory (DA) tərəfindən birgə icra olunan “Employability Advancement” layihəsinin ikinci mərhələsi UNEC-də həyata keçirilib.

Layihənin növbəti görüşündə ümumilikdə 56 tələbə iştirak edib.

Tədbirdə qonaq qismində KPMG-nin Deal Advisory departamentinin nümayəndəsi Ramin Quliyev çıxış edərək, şirkətin fəaliyyət istiqamətləri və tələbələr üçün mövcud karyera imkanları barədə ətraflı məlumat verib. O, xüsusilə Deal Advisory departamentinin əsas funksiyalarını – şirkətlərin qiymətləndirilməsi, maliyyə due diligence proseslərinin aparılması, bazar təhlillərinin hazırlanması, həmçinin birləşmə və satınalma layihələrində dəstək göstərilməsi – geniş şəkildə izah edib.

Görüş zamanı tələbələrə KPMG-də mövcud iş və təcrübə proqramları barədə də məlumat təqdim olunub. Tədbir tələbələrin aktiv iştirakı və suallarının cavablandırılması ilə interaktiv şəkildə davam edib.

“Employability Advancement” layihəsi tələbələrin əmək bazarına hazırlığını artırmaq, onların peşəkar inkişafına dəstək olmaq və biznes mühiti haqqında praktiki biliklərini genişləndirmək məqsədilə mütəmadi olaraq həyata keçirilir.

TOP XƏBƏRLƏR