A

UNEC tələbələri növbəti dəfə yaradıcı potensialları ilə fərqlənərək yüksək nəticələr əldə ediblər.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının yekun konsertində UNEC tələbələri müxtəlif nominasiyalar üzrə qalib olublar.

Münsiflər heyətinin qərarına əsasən UNEC tələbələrinin nəticələri:

  • I yer – Muğam: Elxan İsgəndərov
  • II yer – Vokal (xalq mahnıları): Tərlan Hüseynzadə
  • III yer – Vokal (bəstəkar mahnıları): Rəhimə Məmmədova
  • III yer – Rəqs: UNEC Rəqs Kollektivi
  • III yer – Vokal (müasir mahnılar): Mələk Babayeva

Rəfiqə Caniyeva, Nadir Əzimli, Fidan Məlikova, Turan Mirzəyev, Günay Ağazadə, Nərgiz Talıbova, Vüsal Aslanlı, Fatimə İsayeva, Ziyad Ağayev festivalda fəal iştiraklarına görə diplomla təltif olunublar.

Tələbələr Elm və Təhsil naziri Emin Əmrullayev və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev tərəfindən imzalanmış diplomlarla təltif olunublar.

Diplomlar UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev və UNEC-in bədii rəhbəri Əfsanə Məmmədova tərəfindən tələbələrə təqdim edilib.

UNEC ailəsi qalibləri səmimi qəlbdən təbrik edir və onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayır!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay