A

UNEC Dizayn Məktəbinin kollektivi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında Azərbaycan memarlıq sənətinin görkəmli nümayəndələri Mikayıl Həsənov və Sadıq Dadaşovun anadan olmalarının 120 illiyinə həsr olunmuş “Daşların hekayəsində izlər və xatirələr” adlı tədbir və memarlıq irsinə dair nadir nəşrlərin sərgisində iştirak ediblər.

Ziyarətçilər sərgidə nümayiş olunan memarlıq sənətinə dair nadir kitablar, sənəd və foto materiallarla tanış olaraq Azərbaycanın memarlıq məktəbinin inkişaf yoluna, Həsənov və Dadaşov kimi sənətkarların yaradıcılıq irsinə dair ətraflı məlumat alıblar.

UNEC Dizayn Məktəbinin müəllim və tələbələri sərginin Azərbaycan memarlıq tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edərək, belə tədbirlərin gənc dizayner və memarların yaradıcılıq dünyagörüşünün formalaşmasına mühüm töhfə verdiyini bildiriblər

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay