A

UNEC-in Türk Dünyası İqtisad fakültəsində İnsan Haqları Günü münasibətilə maarifləndirici tədbir keçirilib.

Tədbirin məqsədi tələbələrdə insan hüquqları sahəsində bilikləri artırmaq və bu hüquqların qlobal və milli səviyyədə qorunmasının əhəmiyyətini vurğulamaq olub.

Fakültənin dekan müavini Cavahirxanım Məmmədova çıxışında insan hüquqlarının müasir cəmiyyətdə əsas dəyər olduğunu qeyd edərək, onların qorunmasının hər bir vətəndaşın məsuliyyəti kimi mühüm rol oynadığını bildirib. O, bu kimi tədbirlərin tələbələrin sosial fəallığını artırdığını xüsusi vurğulayıb.

İqtisadiyyat və İşlətmə kafedrasının baş müəllimi Nəriman Xanəhmədov isə insan hüquqlarının inkişaf tarixindən, beynəlxalq sənədlərdə əks olunan əsas prinsiplərdən və bu prinsiplərin iqtisadi sahədə tətbiqindən bəhs edən geniş təqdimatla çıxış edib. O, müasir iş dünyasında insan hüquqlarına hörmətin müəssisələrin dayanıqlı inkişafına təsir göstərdiyini qeyd edib.

Tədbir tələbələrin fəal iştirakı ilə keçib və müzakirələr, sual-cavab sessiyası, habelə insan hüquqlarının gündəlik həyatda tətbiqi barədə fikir mübadiləsi ilə yekunlaşıb.

TOP XƏBƏRLƏR