Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələri Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı kitabın ingilis və rus dillərində nəşrlərinin təqdimat mərasimində iştirak ediblər.
Təqdimat zamanı ISE tələbəsi Davud Şeydayev mövzu ilə bağlı çıxış edib. Onun çıxışında Vətən müharibəsinin tarixi əhəmiyyəti, eləcə də Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesi ilə bağlı məqamlar diqqətə çatdırılıb.
Çıxış iştirakçılar tərəfindən maraqla qarşılanıb.