A

Türk Dünyası İqtisad fakültəsində gender bərabərliyi (kişi və qadınların bərabərliyi) mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirin əsas məqsədi cəmiyyətdə gender bərabərliyinin təşviqi, bu sahədə mövcud yanaşmaların müzakirəsi və gənclərin mövzu ilə bağlı məlumatlılığının artırılması olub.

Tədbirdə fakültənin dekan müavini Cavahirxanım Məmmədova, İqtisadiyyat və İşlətmə kafedrasının baş müəllimi Nəriman Xanəhmədov və fakültənin tələbələri iştirak ediblər.

Çıxışlar zamanı gender bərabərliyinin sosial-iqtisadi inkişafda rolu, qadın və kişilər üçün bərabər imkanların yaradılmasının əhəmiyyəti, həmçinin bu istiqamətdə beynəlxalq və milli təcrübələr haqqında ətraflı məlumat verilib. Natiqlər mövzunun aktuallığını vurğulayaraq, gənclərin gender bərabərliyinin təmin olunmasında fəal mövqe tutmasının vacibliyini qeyd ediblər.

Tədbir interaktiv müzakirələrlə davam edib, tələbələrin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Sonda iştirakçılar bu cür maarifləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

TOP XƏBƏRLƏR