Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal İqtisadiyyat, Mühəndislik, Biznes və menecment fakültələri, Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE), UNEC Dizayn Məktəbi, Türk Dünyası İqtisad Fakültəsi, Rus İqtisad Məktəbi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, eləcə də Ümumi fənlərin tədrisinin təşkili departamentində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş xüsusi dərslər keçirilib.
Dərslər zamanı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi dərin ehtiramla yad edilib. Çıxışlarda 20 Yanvar hadisələrinin xalqımızın azadlıq uğrunda mübarizə əzmini daha da möhkəmləndirdiyi, milli həmrəyliyin və vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynadığı xüsusi vurğulanıb. Qeyd olunub ki, şəhidlərimizin göstərdiyi misilsiz fədakarlıq heç vaxt unudulmayacaq, onların canı bahasına qazanılan müstəqillik daim qorunacaq.