A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentində (ÜFTTD) 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş seminar keçirilib.

Seminar “Azərbaycan dili” kafedrasının baş müəllimi Xurşud İsmayılova tərəfindən “Qiyabi və əlavə təhsil mərkəzi”nin qiyabi şöbəsində keçirilib.

Tədbirin əvvəlində 20 Yanvar faciəsi zamanı və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda vurğulanıb ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, eyni zamanda ölkəmizin istiqlal yolunda ilk zirvəsi, milli məfkurənin və azadlıq ruhunun oyanış mərhələsidir.

Qeyd olunub ki, bu hadisə uzun illər sovet imperiyasının əsarətində yaşayan Azərbaycan xalqının azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda böyük cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 20 Yanvar həm də kimin kim olduğunu sübut edən mühüm bir sınaq idi və Azərbaycan xalqı bu sınaqdan şərəflə çıxdı.

Seminar çərçivəsində şəhidlərimizə və qazanılan qələbələrə həsr olunmuş tələbə təqdimatları nümayiş etdirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay