UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) əməkdaşları “İanə Kampaniyası” çərçivəsində “Mehriban Qadın və Uşaq” sığınacağını ziyarət ediblər.
Ziyarətə ISE-nin direktor müavini Aysel Quliyeva, “Charity Union” xeyriyyə cəmiyyətinin sədrləri, tələbələr Ləman Heybətova və Ərrəhman Zeynalov, eləcə də digər tələbələr qatılmış, toplanan əşyavi yardımlar təqdim ediblər.
Tədbir zamanı uşaqlarla səmimi ünsiyyət qurulmuş, müxtəlif oyunlar oynanılmış və söhbətlər aparılıb. Ziyarət uşaqlar üçün həm əyləncəli, həm də yaddaqalan anlar yaratmış, onların üzündə təbəssüm doğurubdur.