Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələri növbəti dəfə beynəlxalq səviyyəli uğur qazanıblar.
Fakültənin III kurs tələbələri Nurlan Rüstəmli və Rəvan Baxışov maliyyə dünyasının ən nüfuzlu sertifikasiyalarından biri hesab olunan Chartered Financial Analyst (CFA) proqramının I səviyyə (Level I) imtahanını yüksək nəticə ilə tamamlayıblar.
Tələbələrin bu nailiyyəti onların investisiya təhlili və portfel idarəçiliyi sahəsindəki yüksək potensialını nümayiş etdirir. Bununla da ISE tələbələrinin əldə etdiyi CFA sertifikatlarının sayı 9-a yüksəlib ki, bu da fakültədə tədrisin keyfiyyətinin beynəlxalq standartlara cavab verdiyinin əyani sübutudur.
Hər iki tələbəni təbrik edir, gələcək karyeralarında yeni zirvələr arzulayırıq!