A

UNEC-in (Azərbaycan Dövlət İqtisad Universiteti) tələbələrindən ibarət “Schrodinger’s Stock” komandası mühüm beynəlxalq uğura imza atıb.

UNEC tələbələri ABŞ-ın nüfuzlu “Spencer Educational Foundation” tərəfindən təşkil edilən “"SPENCER–RIMS Risk Management Challenge” müsabiqəsində dünya üzrə ən güclü 8 komanda sırasına daxil olaraq final mərhələsinə vəsiqə qazanıblar.

2025-ci ilin sentyabr ayından etibarən start götürən yarışda UNEC tələbələri real biznes keysi üzərində işləyiblər. Komanda risklərin sistemli təhlili, müvafiq idarəetmə strategiyalarının işlənməsi və mürəkkəb nəzarət mexanizmlərinin hazırlanması mərhələlərini uğurla keçərək, əsaslandırılmış Risk İdarəetmə Hesabatı hazırlayıb.

UNEC tələbələrinin layihəsi fond tərəfindən yüksək qiymətləndirilib və onlar dünyanın müxtəlif ölkələrindən qatılan onlarla güclü rəqibi geridə qoyaraq dünyanın ən yaxşı 8 komandası sırasında yer alıblar.

UNEC Bloomberg Maliyyə Laboratoriyasının rəhbəri Səidə Xəlilin mentorluq etdiyi komandada BMDM-in I kurs tələbəsi Nihad İsgəndərov (komanda rəhbəri), Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) III kurs tələbələri Polad Atayev, Hüseyn İsayev və Ayaz Qurbanov təmsil olunurlar.

Müsabiqənin həlledici final mərhələsi 2026-cı ilin may ayında ABŞ-ın Filadelfiya şəhərində keçiriləcək məşhur RISKWORLD konfransı çərçivəsində baş tutacaqdır. UNEC tələbələri beynəlxalq münsiflər heyəti qarşısında öz təqdimatlarını edərək ölkəmizi təmsil edəcək və qələbə uğrunda mübarizə aparacaqlar.

ƏTRAFLI MƏLUMAT

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay