A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) təşəbbüsü və bu fakültənin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə məktəblərlə əməkdaşlıq layihəsi çərçivəsində “Zamanın səyahəti” adlı intellektual yarışma təşkil olunub.

Yarışmanın məqsədi şagirdlərin bilik səviyyəsini artırmaq, onlarda analitik və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək, həmçinin sağlam rəqabət və komanda ruhunu təşviq etmək olub.

Tədbirdə həm ISE-nin tələbə komandaları, həm də məktəblilər mübarizə aparıblar. Yarışda 291 saylı Ekologiya liseyinin 10 və 11-ci sinif şagirdlərindən ibarət 18 nəfərlik heyət fəal iştirak edərək öz biliklərini sınayıblar. Bir neçə mərhələdən ibarət olan intellektual oyun iştirakçılara həm əyləncəli, həm də öyrədici anlar yaşadıb.

Gərgin keçən bilik mübarizəsinin yekun nəticələrinə əsasən, ilk iki yeri ISE tələbə komandaları, üçüncü yeri isə məktəbli komandası tutub.

Təşkilatçılar bildiriblər ki, bu cür tədbirlər şagirdlər üçün ali təhsil mühiti ilə erkən tanışlıq imkanı yaradır və gələcək tələbələrlə universitet arasında erkən akademik əlaqələri formalaşdırır.

TOP XƏBƏRLƏR