A

UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Fakültənin dekan müavini dosent Müşrəvan Əliyev çıxış edərək bildirib ki, Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insanlığa sığmayan vəhşiliklərinin nümunəsidir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilib və hər il bir dəqiqəlik sükutla yad edilir.

Fakültə katibi dosent Pərviz Səmədov Xocalı soyqırımı zamanı 613 nəfərin qətlə yetirildiyini, 1275 nəfərin girov götürüldüyünü, 150 nəfərin taleyinin naməlum qaldığını və şəhərin yerlə-yeksan edildiyini diqqətə çatdırıb. O, dövlətin Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün mühüm tədbirlər həyata keçirdiyini və soyqırımın bir sıra ölkələr tərəfindən tanındığını bildirib.

Tədbir fakültə tələbələrinin Xocalı faciəsi haqqında şerlərini təqdim etməsi ilə yekunlaşıb.  

TOP XƏBƏRLƏR