A

UNEC-in Xarici Dillər Departamentinin nəzdində fəaliyyət göstərən Xarici dillərin tədrisi mərkəzi tərəfindən Xocalı soyqırımının ildönümü ilə əlaqədar Rəqəmsal İqtisadiyyat və Dizayn fakültələrinin tələbələrinin iştirakı ilə ingilis dilində maarifləndirici tədbir keçirilib.

Tədbirin məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etməklə yanaşı, gənclərdə tarixi şüurun formalaşdırılması, vətəndaş mövqeyinin gücləndirilməsi və sülh dəyərlərinin təşviq edilməsi olub.

Mərkəzin müəllimləri Adilə Məlikova və Aynur Mirzəyeva faciə ilə bağlı müxtəlif suallar ünvanlayaraq tələbələrlə interaktiv fikir mübadiləsi aparıblar. Xocalı soyqırımının yaddaşımızdakı yeri, ədalət anlayışı və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyəti ətrafında müzakirələr aparıblar.

Mövzu ilə bağlı “genocide”, “justice”, “human rights”, “war”, “peace” kimi əsas anlayışlar lövhəyə yazılaraq tələbələrin ingilis dilində fikirlərini daha düzgün və akademik formada ifadə etmələrinə dəstək göstərilib.

Sonda tələbələrə “Sülh nədən başlayır?” ifadəsini öz sözləri ilə tamamlamaları tapşırılıb. Cavablarda anlayış, hörmət, empatiya, tolerantlıq və təhsil kimi dəyərlər ön plana çəkilib.

TOP XƏBƏRLƏR