A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) fəaliyyət göstərən ISE Logistics Club-un təşkilatçılığı ilə Trend Logistics LLC şirkətinin nümayəndələri ilə tələbələrin görüşü keçirilib.

Görüşün məqsədi tələbələrin nəzəri biliklərinin real sektor təcrübəsi ilə zənginləşdirilməsi və logistika sahəsində karyera imkanlarının müzakirəsi olub.

Tədbirdə Trend Logistics LLC-nin təsisçisi Hicran Novruzov, baş icraçı direktor (CEO) və həmtəsisçi Bəxtiyar Mirzəli, eləcə də Logistika Əməliyyatları üzrə menecer Aytəkin Əliyeva şirkətin yaranma tarixi, fəaliyyət istiqamətləri, beynəlxalq və yerli bazarda həyata keçirilən layihələr barədə ətraflı məlumat veriblər.

Çıxışlar zamanı logistika sahəsinin dinamik inkişaf etdiyi, qlobal ticarət zəncirində mühüm rol oynadığı vurğulanıb. Nümayəndələr real iş təcrübələrindən nümunələr təqdim edərək, tələbələrə bu sahədə uğurlu karyera qurmaq üçün vacib olan bacarıqlar analitik düşüncə, operativ qərarvermə, komanda işi və xarici dil biliklərinin əhəmiyyəti barədə tövsiyələrini bölüşüblər.

Sonda qonaqlar tələbələri maraqlandıran sualları cavablandırıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay