A

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası-nın (AHİK) üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) tərəfindən 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim edilib. Təqaüdçülər arasında UNEC-in 10 fəal tələbəsi də yer alıb.

Tədbirdə AHİK-in, onun üzv və tabe təşkilatlarının rəhbərliyi, ölkənin bir sıra ali təhsil müəssisələrinin rektorları, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və tələbələr iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir çərçivəsində AHİK tərəfindən həmkarlar ittifaqları sistemində həyata keçirilən islahatlar, icra olunan layihələr və tətbiq edilən yenilikləri əks etdirən videoçarx nümayiş olunub.

2024–2025-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə əsasən yüksək akademik göstəricilər göstərən və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim edilib.

UNEC üzrə təqaüd qazanan tələbələr:

  • Samirə Ramazanova – “Maliyyə və mühasibat” fakültəsi, IV kurs
  • Fərid Məmmədzadə – “Maliyyə və mühasibat” fakültəsi, III kurs
  • Mədinə İmanova – “Maliyyə və mühasibat” fakültəsi, III kurs
  • Gülay Abdullayeva – “Biznes və menecment” fakültəsi, III kurs
  • Nuray Hacıyeva – “Beynəlxalq İqtisadiyyat Məktəbi”, II kurs
  • Akif Ələkbərli – “UNEC Dizayn məktəbi”, II kurs
  • Xədicə Əbilova – “UNEC SABAH Mərkəzi”, IV kurs
  • Ramizə Əhmədli – “Rəqəmsal İqtisadiyyat” fakültəsi, III kurs
  • Nadir Əzimli – “Rəqəmsal İqtisadiyyat” fakültəsi, III kurs
  • Mehnurə Əlizadə – “Rəqəmsal İqtisadiyyat” fakültəsi, IV kurs

Qeyd edək ki, adıçəkilən tələbələr yüksək akademik nailiyyətlərinə və Tələbə Həmkarlar İttifaqı hərəkatında fəal iştiraklarına görə ölkə üzrə seçilən tələbələr sırasında yer alıblar.

TOP XƏBƏRLƏR