A

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində qonaq mühazirəçi (ISE) qonağı olub.

ISE-nin “İqtisadiyyat”, “Beynəlxalq ticarət və logistika” ixtisaslarının tələbələri ilə görüşən Anar Rzayev onlara “Transportation modes and their role in a supply chain” mövzusunda inretaktiv mühazirə keçib. Mühazirə zamanı təchizat zəncirində müxtəlif nəqliyyat növlərinin rolu, logistika proseslərində düzgün nəqliyyat seçiminin xərclərin optimallaşdırılması, vaxtın səmərəli idarə olunması və tədarük prosesinin effektivliyinə təsiri barədə ətraflı məlumat verib.

Tələbələrin böyük maraqla dinlədikləri mühazirə zamanı müasir logistika sistemlərində nəqliyyatın strateji əhəmiyyəti və beynəlxalq ticarətdə oynadığı rolu, eləcə də mövzu ilə bağlı digər suallar Anar Rzayev tərəfindən cavablandırılıb. 

TOP XƏBƏRLƏR