A

UNEC-də Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyi və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Yeni Azərbaycan: dünənimiz, bu günümüz və sabahımız” adlı tədbir keçirilib.

Tədbirin açılış nitqi ilə çıxış edən UNEC Tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşması və dövlətçilik ənənələrinə bağlı böyüməsi baxımından belə layihələrin əhəmiyyətini vurğulayıb.

Millət Vəkili Aydın Mirzəzadə çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionun lider dövlətinə çevrildiyini və 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin hərbi, siyasi və mənəvi qələbə olduğunu qeyd edib. O, gəncləri yalnız peşəkar mütəxəssis deyil, eyni zamanda milli dəyərlərə bağlı vətənpərvər vətəndaşlar olmağa çağırıb.

Layihənin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin siyasi irsini, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfəri və Prezident İlham Əliyevin müasir dövrdə həyata keçirdiyi liderlik siyasətini gənclər arasında təbliğ etməkdir. Tədbirin gənclərin milli-mənəvi bağlılıq, tolerantlıq, birlik və həmrəylik kimi keyfiyyətlərini möhkəmləndirməsi, onların həm fərdi inkişafına, həm də cəmiyyətə inteqrasiyasına müsbət təsir göstərməsi gözlənilir.

TOP XƏBƏRLƏR