A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) McKinsey şirkətinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Görüşün məqsədi tələbələrin analitik düşüncə bacarıqlarını inkişaf etdirmək, onları konsaltinq sahəsinin xüsusiyyətləri ilə yaxından tanış etmək və gələcək karyera imkanları barədə məlumatlandırmaq olub.

Əvvəlcə McKinsey şirkəti haqqında təqdimat keçirilib və şirkətin fəaliyyət istiqamətləri, qlobal layihələri və konsaltinq sahəsində tətbiq olunan yanaşmalar barədə tələbələrə məlumat verilib.

Sonra tələbələr üçün interaktiv case coaching sessiyası təşkil olunub. Sessiya zamanı iştirakçılara biznes problemlərinin strukturlu şəkildə təhlil olunması, effektiv həll yollarının müəyyən edilməsi və konsaltinq sahəsində geniş istifadə olunan analitik yanaşmalar barədə praktiki məlumat verilib. Eyni zamanda tələbələrə case müsahibələri zamanı istifadə olunan metodlar, suallara yanaşma strategiyaları və problemlərin mərhələli şəkildə həlli prinsipləri izah edilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR