A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının (AGTL) nümayəndələri ilə logistika sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə AGTL-in İcraçı direktoru Vüsal Qasımov, AGTL-in Logistika Komitəsinin sədri Paşa Paşayev, “Caspian AS” MMC-nin Baş direktoru Əjdər Məmmədov, AGTL-in İctimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Oktay Məmmədov və “GLT Transport” MMC-nin İdarəedici direktoru Dürdanə Səfərova iştirak ediblər.

Tədbirin məqsədi UNEC ilə logistika sahəsində fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlıq imkanlarını genişləndirmək və ortaq hədəflər istiqamətində birgə fəaliyyət perspektivlərini müzakirə etmək olub.

Müzakirələr zamanı tələbələr üçün müxtəlif formatlarda görüş və seminarların təşkili, təcrübə proqramlarının həyata keçirilməsi, həmçinin “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə məzunların müvafiq sahələrdə iş imkanlarının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR