UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) ASAN İnnovasiyalar Mərkəzi MMC-nin direktoru, innovasiya sahəsi üzrə mütəxəssis Vüsal Rüstəmov tələbələrlə görüş keçirib.
Vüsal Rüstəmov “Müasir iqtisadi mühitdə innovasiyanın rolu” mövzusunda çıxış edərək innovasiyanın iqtisadi inkişafda oynadığı mühüm roldan danışıb. O, rəqəmsal texnologiyaların və süni intellektin tətbiq imkanlarına toxunaraq bu sahələrin gələcək iqtisadiyyat üçün əhəmiyyətini vurğulayıb.
Eyni zamanda, startap ekosistemi barədə məlumat verən mütəxəssis gənclərin innovativ təşəbbüslərdə aktiv iştirakının vacibliyini qeyd edib və tələbələrə öz ideyalarını inkişaf etdirərək yeni layihələr üzərində işləməyi tövsiyə edib.
Görüşdə tələbələr innovasiya, startaplar və süni intellekt mövzularında suallar ünvanlayaraq müzakirələr aparıblar.
Tədbir ISE NextGen Innovators tələbə klubu tərəfindən təşkil olunub.