UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) “Makroiqtisadiyyat” fənni çərçivəsində “The Measurement of GDP” mövzusuna həsr olunmuş praktiki dərs keçirilib.
Dərs UNEC-in Bloomberg laboratoriyasında ISE-nin “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının müəllimi Nəzrin Axundzadə tərəfindən aparılıb.
Praktiki dərsin məqsədi tələbələrin ÜDM-in (Ümumi Daxili Məhsul) hesablanması və makroiqtisadi göstəricilərin təhlili üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, onların nəzəri biliklərini real iqtisadi məlumatlar əsasında tətbiq etmələrinə şərait yaratmaq olub.
Dərs zamanı tələbələr ÜDM-in ölçülməsi metodları, makroiqtisadi göstəricilərin hesablanması prinsipləri və bu göstəricilərin iqtisadi təhlildə tətbiqi ilə bağlı məlumatlarla tanış olublar.
Həmçinin Bloomberg terminalı vasitəsilə real iqtisadi məlumatlar üzərində təhlillər aparılıb, tələbələr beynəlxalq statistikalarla işləmək və müxtəlif ölkələrin makroiqtisadi göstəricilərini müqayisə etmək imkanı qazanıblar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.