A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) nəzdində fəaliyyət göstərən ISE Intellectual Community tərəfindən tələbələr arasında intellektual yarış təşkil olunub.

Təşəbbüsün məqsədi UNEC tələbələrinin intellektual potensialını üzə çıxarmaq, müxtəlif fakültələrdən olan gəncləri bir araya gətirmək və sağlam rəqabət mühiti formalaşdırmaq olub.

24 komandanın mübarizə apardığı yarışmada ISE, Maliyyə, İqtisadiyyat və İdarəetmə, eləcə də Rəqəmsal İqtisadiyyat fakültələrinin tələbələri də fəal iştirak edərək öz bilik və bacarıqlarını sınayıblar.

Yarışın nəticələrinə əsasən, 1-ci yeri ISE fakültəsinin “Ozymandias” komandası, 2-ci yeri müxtəlif fakültələrdən olan tələbələrin formalaşdırdığı “Ələddinin Sehirli Çırağı” komandası, 3-cü yeri isə ISE fakültəsinin “Simpsons” komandası tutub.

Sonda qalib komandalara diplom və simvolik hədiyyələr təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay