UNEC Rus İqtisad Məktəbində “Narkotiklər sosial problem kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə əsas məruzəçi, “Tətbiqi iqtisadiyyat” kafedrasının müəllimi, Gənc müəllimlər Şurasının sədri Fərəh Rəhmani çıxış edərək narkotik vasitələrin cəmiyyətə vurduğu ciddi ziyan, onların yaratdığı sosial fəsadlar barədə geniş məlumat verib. O, xüsusilə gənclər arasında müşahidə olunan riskli davranışlar və xarici əlamətlər kompleksi haqqında danışaraq, bu kimi hallarda vaxtında reaksiya verilməsinin vacibliyini vurğulayıb və mövzunu təqdimat şəklində iştirakçılara çatdırıb.
Tədbirdə çıxış edən direktor müavini Anar Eyyubov və dosent Natiq Qurbanov da problemin aktuallığını qeyd edərək, narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələr və onunla mübarizənin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.