UNEC-in Türk Dünyası İqtisad fakültəsində “AI Awareness Days” (Süni İntellekt Maarifləndirmə Günləri) təşəbbüsü çərçivəsində seminar keçirilib.
Tədbirin əsas məqsədi süni intellekt sahəsində biliklərin artırılması, tələbələrin bu istiqamətdə maarifləndirilməsi və müasir texnologiyaların tətbiqi imkanlarının müzakirəsi olub.
Seminarda fakültə dekan müavini Cavahirxanım Məmmədova, İqtisadiyyat və işlətmə kafedrasının baş müəllimi Teymur Sərxanov və tələbələr iştirak ediblər. Çıxışlar zamanı süni intellektin iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi, rəqəmsal transformasiya prosesində rolu və gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verilib.
Tədbir interaktiv müzakirələrlə davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.