UNEC-in Türk Dünyası İqtisad fakültəsində tələbələr üçün korrupsiyaya qarşı mübarizəyə həsr edilmiş maarifləndirici görüş keçirilib.
Tədbirin əsas məqsədi gənclər arasında korrupsiyanın zərərləri, şəffaflıq prinsipləri və etik davranış qaydaları barədə məlumatlılığı artırmaq, eyni zamanda onların hüquqi düşüncə və vətəndaş məsuliyyəti hissini inkişaf etdirmək olub.
Görüş çərçivəsində “İqtisadiyyat və işlətmə” kafedrasının baş müəllimi Nəriman Xanəhmədov və fakültənin dekan müavini Cavahirxanım Məmmədova çıxış edərək korrupsiyanın cəmiyyətin inkişafına, dövlət idarəçiliyinə və iqtisadi münasibətlərə mənfi təsirlərindən bəhs ediblər. Onlar bu kimi hallarla mübarizənin vacibliyini vurğulayaraq bildiriblər ki, korrupsiyaya qarşı effektiv mübarizə yalnız hüquqi mexanizmlərlə məhdudlaşmır, həm də cəmiyyətdə dürüstlük, şəffaflıq və məsuliyyət kimi dəyərlərin formalaşdırılması ilə sıx bağlıdır.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.