A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Karyera planlaşdırılması və inkişafı” kafedrası tərəfindən logistika ixtisası üzrə təhsil alan tələbələr üçün “Logistika işinin təşkili” mövzusunda maarifləndirici görüş keçirilib.

Görüşün əsas məqsədi istehsalat sahəsində fəaliyyət göstərən mütəxəssislərlə tələbələr arasında birbaşa ünsiyyətin qurulması, onların ixtisas üzrə praktik biliklərinin artırılması və müasir əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanmasına dəstək vermək olub.

Tədbirdə kafedranın müəllimi Gülnarə Hüseynova logistika sahəsinin aktuallığı, bu istiqamətdə əmək bazarında formalaşan tələbat və peşənin perspektivləri barədə ətraflı məlumat verib.

Daha sonra qonaq qismində iştirak edən MMB Group-un təsisçisi və direktoru Bahəddin Mirzə öz peşəkar təcrübəsini tələbələrlə bölüşüb. O, logistika prosesinin təşkili, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlər və sertifikatlar barədə təqdimatla çıxış edib.

Görüş çərçivəsində tələbələrə ölkədə logistika sahəsində mövcud karyera imkanları, işə qəbul zamanı tələb olunan bilik və bacarıqlar haqqında məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay