A

UNEC Dizayn Məktəbində “Dizayn” ixtisasında təhsil alan tələbələr üçün PBL (Project-Based Learning) layihəsinin icrasını dəstəkləmək məqsədilə “Dizayn” kafedrasının müdiri, dosent Elfanə Qasımova təşəbbüsü ilə master-klass təşkil olunub.

Tədbirin məqsədi müasir dizayn standartlarına uyğun, obrazı tamamlayan aksesuar qrupunun konseptual layihəsinin hazırlanması olub.

Master-klass “STR Handmade” brendinin təsisçisi Sədiyyə Eldarova tərəfindən keçirilib. Təlim zamanı iştirakçılar dizayn prosesinin mərhələləri, material seçimi, funksionallıq və estetik uyğunluq kimi vacib məqamlarla yaxından tanış olub, yaradıcı yanaşmalarını praktik şəkildə tətbiq etmək imkanı əldə ediblər. Çanta və aksesuarların hazırlanması, eləcə də onların müasir geyim üslubu ilə uyğunlaşdırılması istiqamətində tələbələrin praktiki bilik və bacarıqları inkişaf etdirilib.

Proses zamanı “Dizayn” kafedrasının baş müəllimi Gülçöhrə Salehzadə və müəllim İlahə İsayeva tələbələrə material seçimi, formanın qurulması, funksionallıq və istifadəçi yönümlülük kimi aspektləri nəzərə alan kompleks dizayn yanaşması barədə məlumat veriblər. Bu yanaşma müasir dizayn təhsilinin əsas prinsiplərindən biri olan inteqrativ düşüncənin formalaşmasına şərait yaradıb.

Sonda tələbələrin hazırladıqları nümunələr nümayiş etdirilərək əldə etdikləri bilik və bacarıqların praktik nəticəsi kimi təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay