UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə “Güvənli” MMC tərəfindən “Kredit mütəxəssisi” vakansiyası üzrə infosessiya təşkil olunub.
Görüşdə Maliyyə və mühasibat fakültəsinin, SABAH Mərkəzinin, TUDİFAK-ın və Magistratura Mərkəzinin son kurs tələbələri iştirak ediblər. Tədbirdə kredit sahəsində karyera imkanları, vakansiya üzrə əsas tələblər, iş mühiti və inkişaf perspektivləri barədə ətraflı məlumat təqdim olunub.
İnfosessiya çərçivəsində təqdimat Xaliq Xəlilov tərəfindən keçirilib və tələbələrin sualları cavablandırılıb.
Tədbirin əsas məqsədi tələbə və məzunların məşğulluq imkanlarının genişləndirilməsi, onların əmək bazarına inteqrasiyasının dəstəklənməsi və universitet–sənaye əməkdaşlığının gücləndirilməsi olub.