Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsinin şəhid məzunu Hüseyn Muradovun doğum günü qeyd edilib.
Şəhidimizin doğum günü münasibətilə UNEC-in Tələbə-Rektoru Ayan Cavadzadə, Tələbə Həmkarlar İttifaqı komitəsinin sədr müavini Həsən Həşimov və fəal THİK üzvləri Keşlə Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzüb və əziz xatirəsini dərin ehtiramla yad ediblər.
27 sentyabrda Füzuli istiqamətində başlayan döyüşlərə qatılaraq, böyük qəhrəmanlıqlar göstərib. 8 oktyabr 2020-ci ildə Hadrut uğrunda döyüşlərdə şəhid olub.
Hüseyn Muradov Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və “Cəbrayılın azad olunmasına görə” “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.