A

UNEC-in “Karyera planlaşdırılması və inkişafı” kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tələbələr arasında intellektual oyun çempionatı keçirilib.

Tədbirin məqsədi tələbələrin intellektual biliklərinin artırılması, komandalararası əməkdaşlığın gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili olub.

U Coaching İnstitutunun dəstəyi ilə keçirilən yarışda iştirakçılar müxtəlif mövzular üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər.

“Karyera planlaşdırılması və inkişafı” kafedrasının müdiri dosent Rəşad Məhərrəmov və U Coaching İnstitutunun direktoru, eyni zamanda kafedranın müəllimi Cəfər İbadov bu cür intellektual yarışların tələbələrin inkişafında mühüm rol oynadığını vurğulayıblar.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən I yerin qalibi 100 AZN, II yerin qalibi 80 AZN, III yerin qalibi isə 60 AZN məbləğində pul mükafatı və hədiyyələrlə təltif olunub.

TOP XƏBƏRLƏR