A

UNEC Rus İqtisad Məktəbinin gənc müəllimi, “UNEC Gənc müəllimlər şurası”nın sədri Fərəh Rəhmani və şura üzvlərinin təşkilatçılığı ilə “Torpaq nümunələrinin fiziki-kimyəvi analizi” mövzusunda növbəti maarifləndirici və praktiki yönümlü master-klass dərsi keçirilib.

Tədbir UNEC-in Mühəndislik və tətbiqi elmlər kafedrasının “Ekologiya mühəndisliyi” ixtisasının rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Mövlud Hüseynov tərəfindən aparılıb.

Master-klass çərçivəsində tələbələrin fəal iştirakı ilə müxtəlif praktiki tapşırıqlar, təqdimatlar və təcrübələr həyata keçirilib. Tələbələr çıxış edərək öz bilik və bacarıqlarını nümayiş etdirib, praktiki təcrübələr vasitəsilə nəzəri biliklərini tətbiq etmək imkanı qazanıblar.

Tədbir zamanı müasir tədris metodları, praktiki yanaşmalar və interaktiv dərs modelləri barədə geniş fikir mübadiləsi aparılıb. Master-klassa tələbələrlə yanaşı müəllimlər, doktorant və dissertantlar da qatılıblar.

Çıxışlarda gənc müəllimlər arasında təcrübə mübadiləsinin və innovativ tədris metodlarının tətbiqinin əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, bu cür tədbirlər müəllimlərin peşəkar inkişafına, interaktiv dərs metodlarının genişlənməsinə və tələbəyönümlü tədris mühitinin formalaşmasına mühüm töhfə verir. Qeyd olunub ki, praktik dərslər və master-klasslar tələbələrin peşəkar və akademik inkişafında mühüm rol oynayır.

TOP XƏBƏRLƏR