A

UNEC-də “Sağlam ailə iqliminə psixoloji baxiş” mövzusunda tələbələrlə maarifləndirici görüş keçirilib.

Tədbir UNEC-in “Karyera planlaşdırılması və inkişafı” kafedrası ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Tədbirin moderatoru qismində çıxış edən kafednın müəllimi Sevinc Burzuyeva iştirakçılara mövzunun aktuallığından bəhs edib. O, tələbələrin sağlam psixoloji mühit, düzgün ünsiyyət və ailə dəyərləri ilə bağlı maarifləndirilməsinin vacibliyini xüsusi vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Nərgiz Sədrəddinbəyli isə sağlam ailə münasibətləri, ailədaxili kommunikasiya və cəmiyyətin sosial rifahına dair müxtəlif statistik məlumatları açıqlayıb, mövzu ilə bağlı videoçarxlar təqdim edib. Təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonra “İnsan mühəndisliyi” proqramının müəllifi Rövşən Nəcəfov tələbələrlə emosional balans, qarşılıqlı anlayış və psixoloji təhlükəsizlik mövzularında interaktiv müzakirələr aparıb. Həmçinin gündəlik həyatda sağlam münasibətlərin qurulmasına dair praktiki yanaşmaları paylaşıb.

TOP XƏBƏRLƏR