A

UNEC-in Türk Dünyası İqtisad fakültəsində tələbələrin sağlam həyat tərzinin təşviqi, fiziki və psixoloji sağlamlığın qorunması istiqamətində maarifləndirici seminar keçirilib.

“Gənclərin sağlam həyat tərzi” mövzusuna həsr olunan tədbirdə fakültənin dekan müavini Cavahirxanım Məmmədova, “İqtisadiyyat və işlətmə” kafedrasının müəllimi Rəşad Əhədov və tələbələr iştirak ediblər.

Seminarın əsas məqsədi gənclər arasında sağlam qidalanma, fiziki aktivlik, zərərli vərdişlərdən uzaq durmaq və sağlam həyat tərzinin formalaşdırılması istiqamətində maarifləndirmə işinin aparılması olub.

Tədbirdə çıxış edənlər sağlam həyat tərzinin insanın həm fiziki, həm də mənəvi inkişafında mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, xüsusilə tələbə gənclərin gündəlik həyatlarında düzgün qidalanmaya, idman fəaliyyətinə və psixoloji sağlamlığa diqqət yetirmələri vacibdir. Qeyd olunub ki, sağlam həyat tərzi gənclərin təhsil nailiyyətlərinə, sosial fəallığına və gələcək peşə fəaliyyətinə də müsbət təsir göstərir.

Seminar çərçivəsində iştirakçılarla mövzu ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və sağlam həyat tərzi ilə bağlı tövsiyələr təqdim olunub.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR