A

UNEC-in Mühəndislik fakültəsinin “Qida mühəndisliyi” ixtisasının tələbələri “Milla” süd emalı zavoduna infotur çərçivəsində səfər ediblər.

Tələbələri infotur zamanı ixtisas rəhbəri, AQTA-nın İctimai Şurasının sədri, dosent Mehriban Məhərrəmova, baş mentor dosentlər Könül Rəhimova, Afilə Qurbanova və Nazilə Axundova müşayiət ediblər.

İnfoturun məqsədi tələbələrin istehsalat mühiti ilə yaxından tanış olmaları, nəzəri biliklərini praktiki təcrübə ilə möhkəmləndirmələri olub.

Zavod nümayəndələri tərəfindən tələbələrə süd məhsullarının istehsal mərhələləri, istifadə olunan müasir texnoloji avadanlıqlar, qablaşdırma prosesi, dondurma, qatıq və yoqurt istehsalı barədə ətraflı məlumat verilib. Eyni zamanda qida təhlükəsizliyi qaydaları, laboratoriyada süd məhsullarının analizi və müəssisədə tətbiq olunan kadr seçimi prosesi ilə bağlı təqdimatlar keçirilib.

Tələbələr infotur çərçivəsində istehsal prosesini yerində izləmək imkanı qazanıb, onları maraqlandıran suallar müəssisə əməkdaşları tərəfindən cavablandırılıb.

Səfərin sonunda UNEC ilə “Milla Dairy” MMC arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb və gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunub.

TOP XƏBƏRLƏR