A

UNEC Dizayn Məktəbində 28 May – Müstəqillik Gününə həsr olunmuş seminar təşkil edilib.

Seminarda “Dizayn” kafedrasının müəllimi, UNEC Dizayn Məktəbi üzrə Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Nərminə Namazova çıxış edərək Azərbaycan müstəqilliyinin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir.

Qeyd olunub ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın yaradılması xalqımızın azadlıq və müstəqillik iradəsinin parlaq təcəssümü idi. Vurğulanıb ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə silinməz iz qoyub və müasir müstəqil Azərbaycanın formalaşmasının əsasını təşkil edib.

Sonda 28 May – Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR