A

UNEC-in Biznes və menecment fakültəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə “İnsansevərlik, vətənpərvərlik və ilk yardım” mövzusunda maarifləndirici görüş təşkil olunub.

Tədbirin məqsədi gənclər arasında könüllülük fəaliyyətinin təşviqi, humanitar dəyərlərin təbliği və ilk yardım biliklərinin artırılması olub.

Görüşü giriş sözü ilə açan Biznes və menecment fakültəsinin katibi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Elxan Salayev tələbələrin sosial fəaliyyətlərə cəlb edilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, universitetdə gənclərin yalnız akademik biliklərə deyil, eyni zamanda cəmiyyət üçün faydalı sosial bacarıqlara yiyələnməsi və könüllülük fəaliyyətində fəal iştirakı xüsusi önəm daşıyır.

Daha sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin UNEC bölməsinin sədri Xalidə Ağayeva çıxış edərək gənclərin cəmiyyətdəki rolundan danışıb. O qeyd edib ki, könüllülük fəaliyyəti gənclərdə insansevərlik hisslərinin güclənməsinə, təmənnasız xidmət mədəniyyətinin formalaşmasına və onların vətənpərvər ruhda yetişməsinə mühüm töhfə verir.

Tədbir Azərbaycan Qızıl Aypara Cəmiyyəti İcra katibinin müavinləri Səbinə Məhbubi və Xalidə İsgəndərovanın təqdimatları ilə davam edib. Çıxışlarda təşkilatın yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən humanitar layihələr və səhiyyə maarifi barədə ətraflı məlumat verilib. Eyni zamanda tələbələrin könüllülük fəaliyyətindəki fəallığı xüsusi qeyd olunub. Bildirilib ki, bir sıra tələbələr artıq qanvermə, ilk yardım, səhiyyə maarifi və psixoloji dəstək istiqamətlərində təlimçi kimi fəaliyyət göstərərək digər gənclərin maarifləndirilməsinə dəstək olurlar.

Görüş çərçivəsində ilk yardım üzrə mütəxəssis Şahin Bəndəliyev praktik biliklərə əsaslanan təqdimatla çıxış edib. O, fövqəladə hallarda ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə tələbələrə əyani məlumat verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR