A

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında təhsilalanların vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair 2026-cı il üzrə Tədbirlər Planı”nın icrası çərçivəsində 26 may 2026-cı il tarixində UNEC-in Türk Dünyası İqtisad fakültəsində tələbələr üçün maarifləndirici seminar keçirilib.

Seminarda fakültənin dekan müavini Cavahirxanım Məmmədova və İqtisadiyyat və İşlətmə kafedrasının baş müəllimi Əkbər Şahin iştirak ediblər. Çıxışlarda gənclər arasında vergi mədəniyyətinin formalaşdırılması, maliyyə savadlılığının artırılması və iqtisadi biliklərin inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tələbələrə vergi sisteminin əsas prinsipləri, vergi ödəyicilərinin hüquq və vəzifələri, vergi öhdəliklərinin düzgün yerinə yetirilməsinin əhəmiyyəti, həmçinin şəxsi maliyyənin idarə olunması ilə bağlı praktiki məlumatlar təqdim olunub.

Seminar interaktiv müzakirələr şəraitində davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin keçirilməsində əsas məqsəd tələbələrin vergi sahəsində məlumatlılığını artırmaq, maliyyə savadlılığını inkişaf etdirmək və onların iqtisadi proseslərdə daha fəal iştirakına dəstək olmaqdır.

TOP XƏBƏRLƏR