A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Rusiyanın Milli Tədqiqat Universiteti “Ali İqtisad Məktəbi”ndə təcrübə keçirlər.

Tələbələr hər iki ali təhsil müəssisəsi arasında imzalanan müqaviləyə əsasən Rusiyada təhsil təcrübəsində iştirak imkanı əldə ediblər. UNEC-in 8 tələbəsi iki həftə ərzində Milli Tədqiqat Universiteti “Ali İqtisad Məktəbi”ndə “Biznes və menecment”

və “İqtisadiyyat və sənaye” ixtisasları üzrə seçilmiş fənlər üzrə təhsil alacaq, universitetin infrastrukturu, tədris və təlim prosesi ilə yaxından tanış olacaq, əlavə təcrübə və biliklər əldə edəcəklər. Eyni zamanda elmi seminar və dəyirmi masalarda iştirak edə biləcəklər.

Təcrübənin sonunda iştirakçı tələbələrə sertifikatlar veriləcək.

Qeyd:

UNEC Rusiyanın Milli Tədqiqat Universiteti “Ali İqtisad Məktəbi” ilə 2015-ci ilin aprel ayından əməkdaşlıq edir. Əməkdaşlıq müqaviləsi çərçivəsində bir çox uğurlu layihələr həyata keçirilib.

Təcrübənin davamı olaraq UNEC-in bir qrup tələbəsi də dekabr ayında Ali İqtisad Məktəbində təcrübə keçəcəklər.

TOP XƏBƏRLƏR