A

Bu gün UNEC-in əbədi tələbəsi Məhəmməd Umudovun xatirə günüdür.

Umudov Məhəmməd Eldar oğlu 18 mart 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. 5 saylı orta məktəbə gedib, təhsilini 25 saylı riyaziyyat təmüyüllü orta məktəbdə başa vurub. Dörd qardaşın ən kiçiyi olan Məhəmməd həm də karate ilə məşğul olub. Təhsil aldığı hər iki məktəbi karate üzrə yarışlarda uğurla təmsil edib.

Məhəmməd qara kəmər ustası olmaqla yanaşı, riyazi bilikləri ilə məktəbdə xüsusi diqqət cəlb edirdi. 1991-ci ildə orta məktəbi bitirib, Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna (indiki UNEC) daxil olub. Bir semestr təhsil alıb. 1992-ci ildə Xocalı faciəsi baş verdikdən sonra təhsilini yarımçıq qoyaraq könüllü hərbi xidmətə yollanıb. 30 iyul 1992-ci ildə Ağdərənin Kaçapet kəndindəki döyüşlərdə qəhrəmancasına həlak olub.

Şəhidin nəşi döyüş meydanından avqustun 9-da çıxarılaraq, Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidin ailə üzvləri mütəmadi olaraq UNEC-ə gələrək, burada ucaldılan Memorial-Xatirə Kompleksini ziyarət edir, övladları barədə xatirələrini UNEC-in professor-müəllim və tələbə heyəti ilə bölüşürlər.

 

TOP XƏBƏRLƏR