A

UNEC-də “Karyera günü” keçirilib.

UNEC-in Karyera Mərkəzinin təşkilatçılığı və KPMG şirkətinin iştirakı ilə keçirilən “Karyera günü”ndə IV kurs tələbələri və magistrlər iştirak edib.

Yerli və beynəlxalq müştərilərə audit, vergi və məsləhət xidmətləri göstərən şirkət UNEC-lə də uğurlu əməkdaşlıq edir. Tələbə və magistrlərimiz mütəmadi olaraq bu nüfuzlu şirkətdə təcrübə keçmək imkanı əldə edirlər.

KPMG Azərbaycan nümayəndəliyinin insan resursları üzrə meneceri Nərgiz İbrahimova şirkətdə mövcud təcrübə proqramı və vakansiyalar haqqında namizədləri məlumatlandırıb.

Tədbir zamanı namizədlər KMPG Azərbaycan nümayəndəliyinin audit, vergi və korporativ maliyyə departamentlərində ödənişli təcrübə keçmək üçün test imtahanından (Verbal and Numerical Reasoning Test) keçiblər. Testlərdən və müsahibə mərhələsindən müvəffəqiyyətlə keçəcək namizədlər ödənişli təcrübə keçmək imkanı əldə edəcəklər.

TOP XƏBƏRLƏR