A

UNEC-in Texnologiya və dizayn fakültəsində dizayn ixtisası üzrə təhsil alan IV kurs tələbələri ixtisas təcrübələrini respublikanın bir sıra yüngül sənaye obyektlərində və Moda evlərində uğurla davam etdirirlər.

“Sarar” MMC toxuculuq və tikiş istehsalı şirkətində təcrübə keçən tələbələr məhsullarının hazırlanma texnologiyası ilə tanış olur, iş prosesinə cəlb edilirlər.

UNEC-in təyin etdiyi təcrübə rəhbəri şirkətə gedərək, tələbələrlə görüşüb. Görüşdə iştirak edən şirkətin direktoru Nəsimi Dadaşov UNEC-in tələbələrinin bilik və bacarıqlarını yüksək qiymətləndirib. O, UNEC-in əmək bazarının müasir tələblərinə uyğun kadr hazırladığını bildirərək, tələbələrin əldə etdikləri nəzəri bilikləri təcrübədə uğurla tətbiq etdiklərini diqqətə çatdırıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay