×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Kataloqu silmək alnmadı. Yol: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC-in Maliyyə və mühasibat fakültəsində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda seminar keçirilib.

Seminar “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər ücün Milli fəaliyyət planı”nın icrası ilə baglı UNEC-in 2018-ci il üzrə iş planına uygun olaraq təşkil olunub.

Tədbirdə fakültənin dekanı, dosent Gəray Musayev Azərbaycanda korrupsiyaya qarşı mübarizə, açıq hökumət prinsiplərinin tətbiqi, şəffaflığın artırılması istiqamətində aparılan məqsədyönlü işlər barədə ətraflı məlumat verib.

“İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimi Sadıq Qurbanov korrupsiya və onunla mübarizə üsulları ilə bağlı məruzə ilə çıxış edib. Dünyada və Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı statistik məlumat  və təhlilləri tələbələrinin diqqətinə çatdırıb.

Tədbirdə tələbələrə açıq hökumət və korrupsiyaya qarşı mübarizəyə həsr olunan buklet və yaddaş kitabçaları paylanıb.

TOP XƏBƏRLƏR