A

UNEC-də növbəti tələbə rektor seçkiləri keçirilib.

UNEC-in tələbə rektoru Cabbar Hüseynlinin fəaliyyət müddəti başa çatıb. Qaydalara uyğun olaraq növbəti tələbə rektor seçkiləri keçirilib. Seçkilərdə fakültə namizədləri platformalarını açıqlayıb. Çıxışlardan sonra səsvermə keçirilib. Səsvermənin nəticəsinə görə, SABAH qruplarının maliyyə ixtisası üzrə 2-ci kurs tələbəsi Elmir Sadıqov UNEC-in tələbə rektoru seçilib.

Seçkilər UNEC-in rəsmi Facebook səhifəsi ilə canlı yayımlanıb.

UNEC-də tətbiq olunan tələbə rektor institutunun məqsədi tələbə özünüidarəetmə sisteminin yaradılması, şəffaf, səmərəli idarəetmə mexanizminin inkişafı, tələbələrlə universitet rəhbərliyi arasında əlaqələrin beynəlxalq təcrübə əsasında müəyyənləşməsidir.

UNEC-in yeni tələbə rektoruna uğurlar arzu edirik!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay