A

2017/18-ci tədris ilində UNEC-də bakalavr pilləsi üzrə ixtisas təcrübəsinin təşkili ilə bağlı yeni qaydalar tətbiq olunub.

Belə ki, tələbələrin praktiki biliklərinin artırılması üçün təcrübə müddəti 6-9 həftədən 14 həftəyə qədər artırılıb. 538 müəssisə və təşkilatlarda ixtisas təcrübəsi keçən tələbələr üçün iki növbəli təcrübə imkanı yaradılıb. Bu, həm də, akademik borcu olan tələbələrin alt qruplarda dərsləri dinləməsinə imkan yaradıb. Bundan əlavə tələbələrə ixtisaslarına uyğun təcrübə müəssisəsi müəyyən etmək və orada təcrübə keçmək üçün seçim müstəqilliyi də verilib. Digər bir yeniliyə əsasən,  tələbələrin təcrübə nəticələri müəssisədən təyin olunan təcrübə rəhbəri tərəfindən qiymətləndirilib. UNEC-in İnnovativ Biznes İnkubatorunun Ekspert Şurası tərəfindən qəbul olunan start-up layihələri, ölkə və beynəlxalq miqyaslı biznes və qrant layihələrin qalibləri istehsalat təcrübəsindən keçmiş hesab olunublar.

Bu kimi yeniliklərin qiymətləndirilməsi və təkmilləşmələr üçün tələbələrin rəyi UNEC üçün olduqca əhəmiyyətlidir. İştirak etdiyiniz ixtisas təcrübəsi ilə bağlı hər hansı irad və təkliflərinizi iyunun 10-dək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. mail ünvanına göndərməyinizi xahiş edirik.

Fikirlərinizi Facebook vasitəsilə də sorğulardan məsul şəxsə mesaj olaraq yaza bilərsiniz: 
Ramil Cabbarov, UNEC-in rektorunun köməkçisi.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay