A

2018/2019-cu tədris ilində UNEC-ə daxil olmuş abituriyentlərin sənədlərinin qəbulu prosesində könüllü olaraq çalışan Tələbə Həmkarlar İttifaqı Komitəsi fəallarının mükafatlandırılması məqsədi ilə tədbir keçirilib.

Tədbirdə UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova, sənədlərin qəbulu prosesi üzrə məsul şəxs dosent Həbib Vəliyev, rektorun köməkçisi Ramil Cabbarov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı, tələbə-rektor Elmir Sadıqov iştirak ediblər.

Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova UNEC rektoru adından tələbələrə göstərdikləri aktiv fəaliyyətə görə təşəkkür etmiş, onlara uğurlar arzulamışdır.

Sonda Tələbə Həmkarlar İttifaqı Komitəsi fəallarına Fəxri Fərmanlar təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay