A

UNEC-in  “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının 2018/2019-cu ilin  tədris planına uyğun olaraq “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələr ixtisas təcrübələrini “AtaTurizm” MMC-yə daxil olan “Excelsior Hotel & Spa Baku” otelində keçəcəklər.

Otelinin baş meneceri Turhan Poyraz və İnsan resursları şöbəsinin meneceri Kamran Rzayev tərəfindən aparılan müsahibə əsasında UNEC-in 14 tələbəsinin ixtisas təcrübəsinin “Excelsior Hotel & Spa Baku” otelində keçmələri qərarı verilib. III kurs üzrə 10 tələbənin könüllü olaraq otelin müxtəlif şöbələlərində fəaliyyət göstərməsi təmin olunub. Görüş zamanı baş menecer Turhan Poyraz  UNEC rəhbərliyinə tələbələrin ixtisas təcrübəsinin  “Excelsior Hotel & Spa Baku” otelində təmin olunmasına yaratdıqları şəraitə görə təşəkkürünü bildirib.

Müsahibədə iştirak edən UNEC-in “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının baş müəllimi Yalçın Köçərli və qrup mentoru dosent Elşən Məmmədov UNEC-lə otel arasındakı əməkdaşlığı yüksək qiymətləndirmişlər. Yalçın Köçərli Turhan Poyrazın Azərbaycanda turizmin inkişafına verdiyi töhfəyə görə  “İlin Otel Meneceri” nominasiyasına layiq görülməsini bildirərək, tələbələrə ixtisas təcrübəsi zamanı  peşəkar otel menecerlərinin bacarıqlarından maksimum faydalanmağı tövsiyyə edib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay