A

UNEC-də “Startup marketinq” mövzusunda təlim keçirilib.

UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimdə startap ideyalarının yaradılması ilə maraqlanan UNEC-in tələbə və məzunları iştirak edib. Karyera Mərkəzinin direktoru Ramil Cabbarov iştirakçılara startap ideyalarının formalaşdırılması, startap marketinq planının hazırlanması, məhsulun tərtibatı və ön testlərin təşkili, fokus qruplarda sınaqların aparılması, bazar araşdırması, kiçik büdcə ilə marketinq kampaniyalarının təşkili istiqamətində məlumatlar verib. Eyni zamanda sosial mediadan effektiv nəticə əldə etmək üçün müasir marketinq alətlərindən istifadəyə dair nümunələr göstərib. R.Cabbarov tələbələrə startap layihələrində praktiki marketinq addımları barədə də tövsiyələr verib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay