A

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 20 noyabr – “Ümumdünya Uşaqlar Günü”nə həsr edilmiş “Uşaq və kitab” mövzusuda tədbir keçirilmişdir.

Tədbirdə daha çox oxucu rəğbəti qazanmış yazarlardan, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, şair Elxan Elatlı iştirak etmişdir.

Kollecin direktoru, dosent Oruc Məmmədov tədbiri giriş sözü ilə açaraq BMT-nın 1989-cu il 20 noyabr tarixli Uşaq hüquqları Konvensiyasından, Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunundan, ölkəmizdə uşaq hüquqlarının qorunması və müfadiə edilməsi sahəsində həyata keçirilən uğurlu siyasətdən, uşaqların mənəvi inkişafında kitabın rolundan danışıb.

UNEC-in rektorunun kollec üzrə müşaviri, professor Nuru Mikayılov çıxış edərək kitabla uşaq inkişafının vəhdətindən danışıb.

Yazıçı Elxan Elatlı çıxış edərək müasir gəncliyin formalaşmasında bədii ədəbiyyatın rolundan söz açıb. Yazıçı tələbələrin çoxsaylı suallarını cavablandırmış, müəllifi olduğu əsərlərin uşaqların sağlam ruhda inkişafına təsirini açıqlayıb.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay