A

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq tədbir keçirilibdir.

Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası və müəyyən olunmuş icra göstəricilərinə nail olmaq məqsədilə hazırlanmışdır.

Kollecin direktoru dos. Oruc Məmmədov çıxışında qeyd etmişdir ki, müasir ictimai münasibətlər sistemində elektron hüquq münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Bu tip məsələlərdən biri də elektron ödəniş xidmətləri üzrə münasibətlərdir. Elektron ödəniş xidmətləri hər bir şəxsin, o cümlədən dövlətin və bütün cəmiyyətin maraqlarının təmin edilməsində mühüm əhəmiyyət daşıyır.  

Tədbirdə UNEC-in “Rəqəmsal iqtisadiyyat və informasiya texnologiyaları” kafedrasının baş müəllimi Dilarə Əbdüləziz “Rəqəmsal ödənişlərin məzmunu və mahiyyəti” haqqında geniş məruzə ilə çıxış edibdir.

Tədbirdə tələblərin çoxsaylı sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay